Главная » 2008 » Февраль » 12 » Hindistan və Yaxın Şərq internetsiz qalıb
23:17 Hindistan və Yaxın Şərq internetsiz qalıb |
Hindistan və Yaxın Şərq internetsiz qalıb Aralıq dənizinin dibindəki sualtı kabelin zədələnməsi nəticəsində baş vermiş zərərin aradan qaldırılması üçün bir neçə gün vaxt lazımdır Aralıq dənizinin dibi ilə çəkilən iki sualtı kabelin zədələnməsi nəticəsində Yaxın Şərqin və Hindistanın internet istifadəçilərinin böyük hissəsi dünya internet şəbəkəsinə daxil ola bilməyib. Rabitə və İnformasiya Texnologiya Nazirliyindən verilən məlumata görə, Misirdə telekommunikasiya sisteminin zədələnməsi 70 faiz, Hindistanda isə 60 faiz istifadəçini internetsiz qoyub. Baş verənlər Hindistanda telefon şəbəkələri olan Böyük Britaniyanın “British Airways” kimi bir sıra şirkətlərinədə təsir göstərib. Xəbər verilir ki, hadisə həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə Ərəbistana təsir göstərib. Tək Dubay şəhərində iki internet-provayderlərin müştəriləri internetsiz qalıb. Bəzi məlumatlara görə, baş verənlərin günahkarı Misirin İskəndəriyyə limanının yaxınlığında lövbər salan gəmi olub. Misirin Telekommunikasiya Nazirliyindən bildirirlər ki, internetə çıxışın tam bərpa olunmasına bir neçə gün sərf oluna bilər.
|
Категория: Diger |
Просмотров: 1151 |
Добавил: fun-club
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|