• Ancaq Azərbaycanda arvad öz ərindən boşananda gedib müğənni olur. . • Ancaq Azərbaycanda qəzetdən salfetka kimi istifadə edirlər. .
• Ancaq Azərbaycanda sürücü təhlükəsizlik kəmərini əliylə tutur. .
• Ancaq Azərbaycanda aftoşlar maşını “muzukalnıy çentr”ə görə sürürlər. .
• Ancaq Azərbaycanda valideynlər uşaqlarının oxumaması üçün rüşvət verir. .
• Ancaq Azərbaycanda mobil telefondan maqintofon kimi istifadə edirlər. .
• Ancaq Azərbaycanda ər öz arvadına “komandir” deyə müraciət edir. .
• Ancaq Azərbaycanda korrupsiyaya qarşı mübarizə komitəsinə korrupsionerlər başçılıq edir. .
• Ancaq Azərbaycanda saytda fikir yazan axırda tanış olmaq istəyən emailimə yazsın yazır..
• Ancaq Azərbaycanda vızıv atmaq moddur..
• Ancaq Azərbaycanda küçələrdə divarlarda sayt adları yazırlar..
• Ancaq Azərbaycanda qızlar yoldan keçəndə oğlanlar öz nömrələrini bar bar bağırırlar..
• Ancaq Azərbaycanda öz dilini bilməmək bombalıq sayılır....
• Ancaq Azərbaycanda yolda gedərkən polnı xod mahnı qoyurlar...bəli bu ancaq bizdədir.
• Ancaq Azərbaycanda oğlanlar inşallah torpaqlarımızı alarıq deyib otururlar.ele bil əsgərliyə qizlar gedəsidir...
•Ancaq Azərbaycanda əyninə pul tapmayıb telefonu 8800 olanlar var...
• Ancaq Azərbaycanda, dövlət dilini olmasa da, rus dilini bilmək zəruridir.
• Ancaq Azərbaycanda, Məhərrəmlik və Orucluq ayından əvvəl toyların sayı ikiqat artır.
• Ancaq Azərbaycanda, sən öl - və mən ölüm kimi and içmə üsulları var.
• Ancaq Azərbaycanda, taksiləri çağırmadan özləri hər axşam toy olan şadlıq evlərinin yanında olur.
• Ancaq Azərbaycanda, magazalarda kassa olsa belə işləmir, əvəzində isə qışqıraraq kassa - kassa 2 000, kassa 10 000 və s. deyirlər.
• Ancaq Azərbaycanda, bazarda neyinsə qiymətini soruşanda satıcı qiyməti deyir həm də əlavə edir - aşağı yeri də var...
• Ancaq Azərbaycanda, bir pulu xırdalamaq üçün üstündə əlavə pul vermək lazım gəlir.
• Ancaq Azərbaycanda, şagirdlər evə gedəndə 5 alıblarsa - 5 aldım, 2 alıblarsa isə - müəllim mənə 2 verdi, deyirlər.
• Ancaq Azərbaycanda, Flarmoniya kimi mədəniyyət mərkəzinin həyətində kafe açırlar.
• Ancaq Azərbaycanda, paltar satıcıları arasında ən məşhur söz - yu-gey, yu-gey-dir. =)
• Ancaq Azərbaycanda, camaat özü bilə-bilə dolu avtobusu əl eləyib saxlayır, minir, düşəndə isə sürücünü borclu çıxarır.
• Ancaq Azərbaycanda, oğlandan çox oğlan var - ifadəsi var.
• Ancaq Azərbaycanda 400 dollarlıq telefonda kontur olmur.
• Ancaq Azərbaycanda oturduğun yerdə zibilə düşürsən.
• Ancaq Azərbaycanda kitabı arxadan oxuyurlar.
• Ancaq Azərbaycanda “mənənə” viruslu xəstəlik mövcuddur.
• Ancaq Azərbaycanda hacıməmmədovlar yetişir.
• Ancaq Azərbaycanda zibili zibil qutusundan başqa hər yerə tullayırlar.
• Ancaq Azərbaycanda atalar sözlərindən necə gəldi istifadə edirlər.
• Ancaq Azərbaycanda şairlər xoşbəxtliyə qafiyə axtarırlar.
• Ancaq Azərbaycanda televiziyalar nağıl danışır.
• Ancaq Azərbaycanda “kurdlar vadisi” teleserialının prototipini məmurlar yaradır.
• Ancaq Azərbaycanda smiçka satanlar tumları kitab vərəqlərinə büküb müştərilərə satırlar.
• Ancaq Azərbaycanda jurnalistlər mənbəsiz yerdən mənbə çıxardırlar.
• Ancaq Azərbaycanda dost-tanış ayaması meyvə-tərəvəzlə səslənir.
• Ancaq Azərbaycanda “həyat davam” etdirilir.
• Ancaq Azərbaycanda rüşvətlə “aşağıdakılar”,korrupsiyayla “yuxarıdakılar” məşğul olur.
• Ancaq Azərbaycanda “Ancaq Azərbaycan” var.
• Ancaq Azərbaycanda qaçqınlar vəzifədə,məcburi köçkünlər fəhləliklə məşğuldurlar.
• Ancaq Azərbaycanda Azercell iki gəncin sevgi tribunasıdır.
• Ancaq Azərbaycanda eşşəklər hürür, itlər anqırır.
• Ancaq Azərbaycanda geyiminə görə qarşılayırlar,telefonuna görə isə yola salırlar.
• Ancaq Azərbaycanda məsafədən asılı olmayaraq gediş haqqı eyni qiymətədir.
• Ancaq Azərbaycanda jurnalistlər, həm də terroristdirlər.
• Ancaq Azərbaycanda “acından ölənənlər” ulduzlara sms göndərir.
• Ancaq Azərbaycanda şəhid olanların 40 % ni göstərirlər...