Главная » 2008 » Март » 4 » Ancaq Azərbaycanda #2
20:18 Ancaq Azərbaycanda #2 |
Ancaq Azərbaycanda çayı konfetə görə içirlər. Ancaq Azərbaycanda qalstuklu adama alim kimi baxırlar. Ancaq Azərbaycanda kitabxanalardan görüş yeri kimi istifadə edirlər. Ancaq Azərbaycanda ata oğlunu söyəndə “köpək oğlu” deyir. Ancaq Azərbaycanda itən əşyalara oğru cavabdeh deyil. Ancaq Azərbaycanda milli məclis söyüş tribunasıdır. Ancaq Azərbaycanda kişi cibindən üşüyür. Ancaq Azərbaycanda kişi fikrini siqaretlə öldürür. Ancaq Azərbaycanda dərisinin rengi qara olan xaricilərə “Canım ay Beko” deyə müraciət olunur. Ancaq Azərbaycanda televiziyadan öncə ictimaiyyətə məlumatları arvadlar çatdırır. Ancaq Azərbaycanda futbolçular belindəki nömrə qədər “dırka” buraxır. Ancaq Azərbaycanda bir nazirin büdcəsi, dövlət büdcəsindən çoxdur. Ancaq Azərbaycanda müğənnilər sponsoru borclu çıxardır. Ancaq Azərbaycanda futbola dərdlərini unutmaq üçün gedirlər. Ancaq Azərbaycanda hər kəsin deputatdan zəhləsi gedir, amma millət vəkilini sevir. Ancaq Azərbaycanda valideynlər övladlarını məktəb əvəzinə internet kluba göndərirlər. Ancaq Azərbaycanda kompüter və ingilis dilini bilənə ölüm yoxdur. Ancaq Azerbaycanda bayrağın rənglərinin yeri çox dəyişik salınır. Ancaq Azərbaycanda mobil telefon ən əsası player rolunu oynayır. Ancaq Azərbaycanda 20 Yanvar kimi matəm günündə iş olmadığından istifadə edib, millət bulvara gəzməyə çıxır. Ancaq Azərbaycanda yerli əhalidən başqa hamı yaxşıdır. Ancaq Azərbaycanda maşurutka ilə gedəndə arıqlamaq olar. Ancaq Azərbaycanda “iş-güc ?” sualına standart olaraq hamı belə cavab verir “iş var ki?”. Ancaq Azərbaycanda hami Agliyir.
|
Категория: Yumor{letifeler,sekiller} |
Просмотров: 2646 |
Добавил: fun-club
| Рейтинг: 4.4/5 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|