Your IP-Adress 3.142.135.86. Your Browzer-
Приветствую Вас Гость | RSS


Главная » 2008 » Май » 18 » Hərbi borcunu verməyən müğənnilər
20:25
Hərbi borcunu verməyən müğənnilər

alqımızın bir çox nümayəndələri bəzi müğənnilərin hərbi xidmətə laqeyd münasibətindən narazıdırlar. Onlar çox zaman soruşurlar: "Müğənnilərin hansı əlahiddə imtiyazları var ki, həmyaşıdlarından fərqli olaraq əsgərliyə getmirlər?". Müqayisə üçün bütün dünyada məşhur olan türk müğənnisi Tarkana Türkiyə hökumətinin əsgərlikdən möhlət hüququ verməməsi və onun orduya göndərilməsi yada salınır. Bu hadisə Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarına eyni gözlə baxmasını sübut etməklə yanaşı, həm də xalqda orduya olan məhəbbəti gücləndirdi.
Bəs müharibə şəraitində yaşayan Azərbaycanda nə baş verir ki, müğənnilər ordudan kütləvi surətdə yayınır, hərbi terminologiya ilə desək, fərarilik edirlər? Vətənpərvərlik ruhunun yüksəlməsində musiqinin əvəzsiz rolu var. Lakin 1 gün də ordu sıralarında xidmət etməyən birinin "ana vətən" deyib boğazını yırtmasından hansı effekti gözləmək olar? Kim belə ifaçının səmimiliyinə inanar? Biz müğənnilərin əsgərlik məsələsini araşdırmaq, ictimailəşdirmək niyyətindəyik. Qoy onlar ya hamı kimi normal hərbi xidmət keçsinlər, ya da hansı səbəbdən ordudan kənarda qalmaları barədə ağlabatan izahat versinlər. Yeri gəlmişkən, ordudan daha çox saxta tibbi arayış almaqla yayınırlar. Bu arayışlarda bir qayda olaraq çağırışçıların enurezə tutulması, sidiyi saxlaya bilməməsi və ya ruhi-əsəb xəstəliklərinə mübtəla olması göstərilir. Biz müğənnilərimizdə belə arayışların olub-olmadığını bilmirik. Amma əminik ki, onlar hansısa saxta arayışa sahibdirlər.
Faiq Ağayev. O, müsahibələrinin birində əsgərliyə getməməsini səhhətindəki problemlərlə əlaqələndirib. Əyninə uniforma geyib "Azərbaycan, Odlar yurdum mənim" kimi mahnılar ifa etsə də, Faiq nə SSRİ, nə də Azərbaycan ordusunda əsgərlik keçməyib.
İzzət Bağırov "Yar, aman, yar" mahnısının klipini hərbi süjetlərlə zənginləşdirib. Müğənni həmin klipində əyninə uniforma şalvarı geyib, amma o da əsgər getməyib.
Abbas Bağırov. Azərbaycan tarixinə comərd və igid bir şəxsiyyət kimi düşən Cavad xanın həmyerlisi olan Abbas da hələ əsgərliyin nə olduğunu bilmir. O bunun səbəbini də açıqlamır.
"Şeron" qrupunun üzvləri kollektivin adı üstündə amansız mübarizə aparsalar da, atəşkəs dövründə əsgər getməyə cürət etməyiblər. Qrup üzvlərindən nə Ülvi, nə də Məlikməmməd ordu sıralarında olmayıblar.
Namiq qardaşın 2 yetirməsi, özünə Əbdülxalid ləqəbini götürmək kimi cılız populyarlıq metoduna əl atan Xalid Əliyev və Emil Bədəlov da əsgərlik üzü görməyiblər. Bir neçə il əvvəl onlar bunu təhsil almaları ilə əlaqələndirsələr də, indi təhsili başa vurublar. Amma əsgər getmək yada düşmür.
Elnur Məmmədov. Efirdən düşməyən, özündən olduqca razı olan bu gənc Bakıda anadan olsa da, əslən qarabağlıdır. Məlum olmayan səbəbdən hərbi xidmətdən yayınır.
Zamiq Hüseynov Füzulidəndir. O da əsgər olmağı özünə sığışdırmır...
Ayaz Qasımov ağdamlıdır. Onun da Milli Orduya getməməsi təəccüb doğurur. "Azəristar" müsabiqəsi zamanı Ayazın olduqca miskin ruhda mahnı oxuması İlhamə xanımı qəzəbləndirdi və o, Ayaza dedi: "Sən gəncsən, bizə aləm baxır, bu nə mahnıdır ağlaya-ağlaya oxuyursan? Sən gələcəyin əsgərisən, məğrur ol. Belə ağlamaqla düşmənə nə edə bilərsən?". O zaman Ayaz "hələ tələbəyəm, təhsilimi bitirən kimi orduya gedib borcumu şərəflə yerinə yetirəcəyəm" dedi. Lakin bu müğənni şərəfli borcunu hələ də yerinə yetirmək istəmir.
Nurlan Növrəsli. Bu növcavan da hərbi borcunu ödəməyib.
Elton Hüseynəliyev də əsgərlikdən yan qaçanlardandır...

Qeyd: Mövzuya fikrinizi bildirin

Категория: Show-Biznes | Просмотров: 1355 | Добавил: fun-club | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Категории раздела
Musiqi [68]
Avto-Moto [5]
Show-Biznes [3]
Diger [52]
Sevgi [10]
Oyunlar [7]
E-Book [93]
Eurovision [6]
Şəkillər [32]
Video [54]
Wallpaper [46]
Film [45]
Yumor{letifeler,sekiller} [3]
Mobil [38]
Avatar [0]
Programlar [2592]
Мини-чат
300
Статистика

Onlayn: 1
Guest: 1
User: 0
Форма входа
Поиск
Календарь
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031