Your IP-Adress 3.16.70.101. Your Browzer-
Приветствую Вас Гость | RSS


Главная » 2008 » Июнь » 14 » Avropa "Eurovision" zamanı Azərbaycanı aldadıb ...
16:55
Avropa "Eurovision" zamanı Azərbaycanı aldadıb ...

Erməni-yunan birləşməsi azərbaycanlıların səsini Kalomiraya yönəldib
"Eurovision-2008" mahnı müsabiqəsində fərqli və maraqlı kompozisiya ilə çıxış edən Azərbaycanın layihənin ilk üç yerdən birinə sahib çıxmamasının səbəbi aydınlaşıb. Müsabiqəyə hazırlıq zamanı Elnurla Samirin ifası artıq əksəriyyətin sevimlisinə çevrilməsinə və Rusiya ilə rəqabət aparmasına baxmayaraq, 8-ci yerə çıxması ilə bağlı dolaşan söhbətlər düz çıxıb. Məlum olub ki, Avropanın bir çox ölkəsində Azərbaycanın kodu 20 deyil, 21 göstərilib. Buna görə də Azərbaycan minlərlə səsdən məhrum olub. Bu barədə "OLAYLAR"a İsveç Azərbaycan Federasiyasının sədri Məmmədrza Ağapur məlumat verib. Bildirib ki, sonradan bu xəta düzəldilsə də, artıq azərbaycanlıların əksəriyyəti öz səsini 21 koduna göndərmiş olub. Qeyd edək k, 21 kodu yunan müğənnisinə aid idi.

Təşkilat rəhbəri İsveçdə erməni və yunan diasporasının güclü olduğunu və birgə iş gördüklərini də xatırladıb: "Kodun yalnış göstərilməsinə aydınlıq gətirərkən dedilər ki, nəsə bir yalnışlıq olub. İsveçdə kürd, assuri, fars və erməni təşkilatları birləşib erməni müğənnisini dəstəklədilər. Bu ölkədə ən güclü diaspor təşkilatları yunan, kürd, fars və ermənilərinkidi. Onu da deyə bilərəm ki, bizim təxminlərimizə görə, 10 000 civarında səs azərbaycanlılara göndərilmişdi".

Qeyd edək ki, Norveç vətəndaşları da yaşadıqları ölkədə Azərbaycanın kodunun 21 göstərildiyini və azərbaycanlıların göndərdikləri minlərlə səsin Kalomiraya çatdığını bildiriblər.

Категория: Eurovision | Просмотров: 1331 | Добавил: fun-club | Рейтинг: 1.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Категории раздела
Musiqi [68]
Avto-Moto [5]
Show-Biznes [3]
Diger [52]
Sevgi [10]
Oyunlar [7]
E-Book [93]
Eurovision [6]
Şəkillər [32]
Video [54]
Wallpaper [46]
Film [45]
Yumor{letifeler,sekiller} [3]
Mobil [38]
Avatar [0]
Programlar [2592]
Мини-чат
300
Статистика

Onlayn: 1
Guest: 1
User: 0
Форма входа
Поиск
Календарь
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30