Your IP-Adress 3.145.186.6. Your Browzer-
Приветствую Вас Гость | RSS


Главная » 2008 » Февраль » 10 » Elnur-dan Şok Açiqlama!
23:59
Elnur-dan Şok Açiqlama!
Eurovision mahni müsabiqəsində ölkəmizi təmsil edəcək Elnur Hüseynov Samir Cavadzadəsiz yarışdan imtina edəcək.!!!

İTRYŞ-nin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədovun sözlərinə görə, Azərbaycanın milli final gecəsində ifa olunan “Day after day” (mus. Gövhər Həsənzadə, söz. Zəhra Bədəlbəyli) mahnısı müsabiqəyə göndəriləcəksə, o zaman Samir Cavadzadə də “Eurovision-2008” müsabiqəsində çıxış edəcək: - “Hələ ki, Belqradda keçiriləcək “Eurovision” müsabiqəsində təmsilçimizin hansı mahnını ifa edəcəyi müəyyənləşdirilməyib. Ona görə də bu gün Samir Cavadzadənin də həmin müsabiqədə iştirak etməsi barədə dəqiq nəsə demək çətindir. Hazırda müsabiqə ilə bağlı yerli təşkilat komitəsinə mahnılar təqdim olunub. Martın 15-dək isə “Eurovision-2008”-də təmsilçimizin hansı mahnı ilə çıxış edəcəyi açıqlanmalıdır”. T. Məmmədov onu da əlavə edib ki, hazırda mahnıların qəbulu davam edir. Müsabiqədə təmsilçimizin ifa edəcəyi mahnını təşkilat komitəsi və münsiflər heyəti seçəcək: - “Təqdim olunan mahnıları Elnur ifa edəcək. Duet şəklində olanları o, Samirlə birgə oxuyacaq. Hansı mahnının müsabiqədə ifa olunmasına isə münsiflər heyəti qərar verəcək. Seçim zamanı təbii ki, ifaçının da istəyi nəzərə alınacaq”. Artıq təmsilçimizin Avropaya turne proqramı üzərində də iş aparıldığını bildirən T. Məmmədov yaxın vaxtlarda təbliğat kompaniyasına start veriləcəyini açıqlayıb.
Elnur Hüseynov isə APA-ya açıqlamasında bildirib ki, “Eurovision-2008” müsabiqəsində tək çıxış etməyəcək: - “Mən bu müsabiqədə yalnız və yalnız Samirlə duet ifa etməyi düşünürəm. Əks təqdirdə, “Eurovision-2008” müsabiqəsində iştirakdan imtina edəcəyəm. Mən bu müsabiqədə tək iştirak etmək niyyətində deyiləm. Seçim zamanı mənim rəyim nəzərə alınacaqsa, ancaq və ancaq duetə üstünlük verəcəyəm”
Категория: Show-Biznes | Просмотров: 2595 | Добавил: fun-club | Рейтинг: 0.0/0
Всего комментариев: 1
11.02.2008
sad EEE yeqin vurulublar bir-birine happy

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Категории раздела
Musiqi [68]
Avto-Moto [5]
Show-Biznes [3]
Diger [52]
Sevgi [10]
Oyunlar [7]
E-Book [93]
Eurovision [6]
Şəkillər [32]
Video [54]
Wallpaper [46]
Film [45]
Yumor{letifeler,sekiller} [3]
Mobil [38]
Avatar [0]
Programlar [2592]
Мини-чат
300
Статистика

Onlayn: 1
Guest: 1
User: 0
Форма входа
Поиск
Календарь
«  Февраль 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
2526272829