Hökumət hazırda satışda olan dəhşət filmlərinin dərhal yığışdırılması barədə göstəriş verib
Çin hakimiyyəti dəhşət filmləri janrına aid audio və video məhsulların satışına qadağa tətbiq edir. Bu barədə göstəriş Çin Xalq Respublikasının mətbuat və çap məsələləri üzrə dövlət idarəsi tərəfindən verilib. Bu addım uşaq və yeniyetmələrin psixoloji inkişafının müdafiəsinə yönəlib. Göstərişdə o da deyilir ki, satışda olan dəhşətli filmlər dərhal yığışdırılmalıdır. Çində zorakılıq və terror ehtiva edən nəşrlərə qarşı mübarizə hələ 2006-cı ilin aprelindən başlanıb. O vaxt müxtəlif zorakı ölüm yollarının göstərildiyi «Ölümcül məktublar» Yaponiya komiksi ölkə hakimiyyətinin tənqidi ilə üzləşmişdi. Elə həmin vaxtdan başlayaraq, Çində ədəbsiz məzmunlu audio və video məhsulların istehsalı və yayılmasına qarşı mübarizəyə başlanılıb.