Your IP-Adress 3.149.29.190. Your Browzer-
Приветствую Вас Гость | RSS


Главная » 2008 » Март » 31 » 31 Mart Soyqirim
15:34
31 Mart Soyqirim

1 yanvar 1906-cı il. Papravənd. Azərbaycan. Erməni quldur birləşmələri Papravənd kəndinə basqın edir. Kənd camaatı müqavimət göstərməyə cəhd etsə də, terrorçular kəndi işğal etmişlər. Kişilərin başlarını kəsir, hamilə qadınların xəncərlə qarnını yarıb doğulmamış körpənin başını bədənindən ayırırdılar. Qırğına Andranik adlı erməni qulduru rəhbərlik edirdi. Hələ ötən əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsulu Q.Mayevski Andranik barəsində yazırdı: "1901-ci il qışın əvvəlində Muş yaxınlığında Andranik adlı bir şəxsin erməni quldur dəstəsi peyda olmuşdur". 12 iyul 1906-cı il. Şuşa. Azərbaycan yaxınlığındakı erməni kəndlərindən toplanmış 10 min nəfərlik quldur birləşmələri Şuşaya genişmiqyaslı hücum əməliyyatı həyata keçirirlər (bu qırğında iştirak etmək istəməyən ermənilər Daşnaksütun terror təşkilatının hökmü ilə qətlə yetirilirdi). Döyüşlər 5 gün davam edir, müsəlmanların evinə bomba atıb yandırırdılar. Vəhşiləşmiş erməni quldurları südəmər körpələri beşikdə yandırır, uşaqları analarının qucağından zorla qoparıb başlarını daşa çırparaq xıncım-xıncım edirdilər. 1905-1906-cı illərdə Qarabağda erməni yaraqlıları tərəfindən azərbaycanlılar yaşayan yüzlərlə kənd məhv edilmişdir. 29 iyul 1906-cı il. Karxana. Azərbaycan. Erməni quldur birləşmələri azərbaycanlıların yaşadığı Karxana kəndinə basqın edirlər. Onlar heç bir müqavimətlə rastlaşmayaraq kəndi asanlıqla ələ keçirirlər. Silahsız kəndlilər nə edə bilərdilər?! Təpədən-dırnağa silahlanmış erməni quldurları kəndin bütün kişilərini qılıncdan keçirirdilər. Qaçaraq canlarını birtəhər qurtaran 30 nəfərə yaxın qadın gizlənsə də, gənc ana Pakizənin körpəsinin ağlaması ucbatından onlar tapılır. Bu qadın və uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilirlər. 1908-1909-cu illər. Tədqiqatçı İ.Bağırovaya görə, bu dövrdə Daşnaksütun terror təşkilatına mənsub erməni yaraqlıları Yelizavetpolda şərabçılıq sənayesi ilə məşğul olan Forer qardaşlarının həyatına qəsd etmiş, şərabçı Qurr, Tiflis mühafizə şöbəsinin xəfiyyəsi Poleşko və Ulyanov, Tiflis qorodovoyu Vəliyev, tütün fabrikinin sahibi A.Səfərov, İrəvan kənd starşinası K.Azaryan qətlə yetirilmişdir. Tədqiqatçı qeyd edir ki, məqsədlərinə çatmaq üçün daşnaklar nə özününkülərə, nə də yadlara aman verirdilər. Özlərininki üçün "qorxutma" təşkilatı fəaliyyət göstərirdi. Onlar tərəfindən bu illər ərzində Daşnaksütunun 5-6 üzvü məhv edilmişdi. 9 aprel 1909-cu il. İstanbul. Türkiyə. Türk jurnalisti Həsən Fəhmi qətlə yetirilir. Qətldə məqsəd dəfnlə əlaqədar keçiriləcək kütləvi münaqişələrdən istifadə edərək şəhərdə qarışıqlıq törətmək idi. Daşnaksütun erməni terror təşkilatının ideoloqlarının təşviqat fəaliyyəti bu dövrdə xüsusilə genişlənmişdi. Onlar artıq Paris, Cenevrə və Qahirədə öz filiallarını açmışdılar. Bəşəriyyətə zidd erməni məqsədlərini həyata keçirmək üçün fədai-kamikadze qruplarının yaradılmasına çağıran vərəqələr və bəyannamələr məhz bu şəhərlərdə çap olunur, İstanbulda yayılırdı. Bu kimi materiallardan Daşnaksütunun ideoloqu Mkrtıç Portakalyanın Türkiyə və Rusiya hökumətləri ilə mübarizə yolu ilə "Böyük Ermənistan" yaratmaq çağırışlarını göstərmək olar. Sonralar - 1921-ci ildə həmin Portakalyan Daşnaksütunun gəlirlərini silahdaşlarından gizlətdiyinə görə qətlə yetirilir. 21 fevral 1914-cü il. Türkiyə. Erməni quldur birləşmələri Qars və Ərdəhanda 30 min kişini - türkü qətlə yetirmişlər. Körpələri analarının əlindən alıb tonqala atırdılar. İnsanlara qətlə yetirməzdən qabaq olmazın işgəncələr verirdilər. Bu qətllərin təşkilatçılarından biri ikinci plana keçməkdə olan "Qnçak" terror təşkilatının ideoloqu, Türkiyə parlamentinin deputatı Stepan Ter-Danielyan idi. 1914-cü ilin yazı. Türkiyə. Birinci dünya müharibəsi dövrü Amerika tarixçisi Stenford C.Şounun "Osmanlı imperiyasının tarixi" kitabından oxuyuruq: "...Müharibənin getdiyi bütün vaxt ərzində ermənilər müsəlmanları çox qəddarcasına kütləvi şəkildə qırırdılar. Milyondan çox türk kəndlisi öz doğma ocaqlarını qoyub qaçmaq məcburiyyətində qalmışdı. Minlərlə insan tikə-tikə doğranmışdı". 1914-cü ildə 5 vilayət - Trabzon, Ərzurum, Ərzincan, Van və Bitlisdə yaşayan 3 milyon 300 min türk əhalisindən müharibədən sonra 600 min adam qalmışdı. Erməni quldur dəstələri kürdlər yaşayan kəndlərə də basqınlar edir, qadınlara, qocalara, uşaqlara aman vermədən bütün əhalini qılıncdan keçirirdilər. Bu qırğınların təşkilatçısı erməni terror təşkilatının üzvü, "Atom" ləqəbli Arutyun Şahrikyan idi. 1915-ci ilin fevralı. Van. Türkiyə. Vanda yerləşən erməni terror təşkilatları dinc müsəlman əhalisinə qarşı bir sıra qırğın aktları həyata keçirmişlər. J.Malevilin "1905-ci il erməni faciəsi" kitabında göstərir ki, Şərqi Anadolunun erməni terror və quldur birləşmələri tərəfindən planlı surətdə məhv edilən dinc müsəlman əhalisinin sayı təxminən 1.600 min nəfər təşkil edirdi. Müəllifin sözlərinə görə, bu qırğından hiddətlənmiş bir çox rus zabiti erməni başkəsənlərinə qarşı zor tətbiq etməli olmuşlar. Təbii ki, dinc əhaliyə qarşı vəhşilik və qarətlər erməni təbliğatının aşkar riyakarlığı ilə birlikdə tezliklə Osmanlı hökumətinin səbr kasasını doldurmuş və ali komandanlığın əmri ilə 24 aprel 1915-ci ildə Daxili İşlər Nazirliyi İstanbulda və Türkiyənin digər iri şəhərlərində bütün erməni komitələrinin - terror təşkilatlarının dərhal bağlanması haqqında sərəncam vermişdir.
Категория: Diger | Просмотров: 1580 | Добавил: fun-club | Рейтинг: 0.0/0
Всего комментариев: 1
31.03.2008
1. Fuad (jolly) [Материал]
Bizde ermenilere oz paymizi vereceyik!!!! angry

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Категории раздела
Musiqi [68]
Avto-Moto [5]
Show-Biznes [3]
Diger [52]
Sevgi [10]
Oyunlar [7]
E-Book [93]
Eurovision [6]
Şəkillər [32]
Video [54]
Wallpaper [46]
Film [45]
Yumor{letifeler,sekiller} [3]
Mobil [38]
Avatar [0]
Programlar [2592]
Мини-чат
300
Статистика

Onlayn: 60
Guest: 60
User: 0
Форма входа
Поиск
Календарь
«  Март 2008  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31