Avropanın futbol qurumu UEFA, “Het-Trik” proqramı çərçivəsində növbəti seminarını Bakıda keçirəcək. Qurumun rəsmi internet saytının yaydığı məlumata görə, AFFA-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək üçün nəzərdə tutduğu layihələrdən olan bu tədbir assosiasiya rəhbərliyinin UEFA ilə apardığı danışıqlar nəticəsində keçiriləcək. UEFA-nın üzvü olan milli federasiya nümayəndələrinin iştirakı ilə bu il aprelin 29-30-da keçiriləcək seminarda Avropa futbolunda media ilə bağlı təcrübə mübadiləsi aparılacaq, inkişaf yolları və əməkdaşlıq perspektivləri müzakirə oluncaq. UEFA bununla əlaqədar AFFA-nın müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, UEFA-nın belə bir seminarı MDB məkanında ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.