Bakı Şəhər İcra Hakimiyyəti mayın 10 - da keçmiş Respublika sarayı qarşısındakı parkda gül bayramı təşkil edəcək. Bu tədbirlə əlaqədar Fransa, İtaliya və Hollandiyadan Bakıya 1 milyondan artıq gül gətiriləcək. İcra Hakimiyyətinin bildirdiyinə görə, bayramda 150-dən artıq ölkədən gətirilən dibçəkdə əkilmiş ən nadir güllər də nümayiş etdiriləcək. Dənizkənarı park da isə həmin günü incəsənət nümayəndələrinin konserti təşkil olunacaq..Bundan başqa paytaxtın 25-dən çox yerində 30 dəqiqəyədək davam edən atəşfəşanlıq olacaq.. Nəhayət, Almaniya, İtaliya və ABŞ mütəxəssisləri bakılılara lazer texnikasının teleqüllədən şəhər səmasını bəzəyəcək möcüzələrini göstərəcəklər. Bayramın neçəyə başa gələcəyi və xərcləri kimin çəkəcəyini icra hakimiyyəti açıqlamır. Bizdə qərara gəldik ki, bir Mix.aZ olaraq mayın onu bir araya yığılıb gül bayramına gedək..Şəkillər çəkib exclusive xəbər kimi sayta yerləşdirək..
Bizdə öz nəvbəmizdə, Mix.az olaraq bir yerə yığılıb baxmağa gedəcəyik..Gəlin mehriban kollektiv olaraq maraqlı anlarmızı Mix.aZ ailəsi ilə birgə yaşıyıb, gül bayramından maraqlı şəkillər çəkdirib saytdakı istifadəçilərimizlə paylaşağın.. Bunun üçün bizə qatılmağınız kifayətdir.. Gəlmək istəyənlər mayın 10 - u saat 10:00 da 28 may metrosunun qarşısındakı C.Cəbbarlı heykəlinin yanına yığılmanız xaiş olunur.. Əlaqə telefonu: 050 344 23 29 (Missing_Moslem - Əşrəf)
P.S: Mövzu ilə bağlı bir dəfə şərh yazmağınız kifayətdir..Əlavə şərhlər olmasın..