Your IP-Adress 3.138.137.212. Your Browzer-
Приветствую Вас Гость | RSS


Главная » 2008 » Май » 8 » Məsafəsiz sevgi...
16:58
Məsafəsiz sevgi...

Hər şey iki ay əvvəl virtual tanışlıqdan başlamışdı.Əvvəl bir birilərini sadəcə bir tanış kimi hiss edirdiler. Bir iki telefon zəngindən sonra bitəcək deyə düşünürdüler. Amma hər telefon zənginden sonra daha da bir birilərinə yaxınlaşırdılar. Bir birilərini tanımaq istəyi daha da artırdı. Buna baxmayaraq hələ də bir birilərini görməmişdiler, ancaq bir birilərinin səsini eşitmək belə çox şeyi dəyişdirirdi. Bir gün qız oğlana ona olan marağından danışdı. Onu görməyi çox istediyini bildirdi.Oğlan da ona öz şəklini göndərə biləcəyini bildirmişdi. Oğlan da həmçinin qızı görmək istəyirdi. Qız bildirmişdi ki, onun şəklini gören kimi o da öz şəklini oğlana göndərəcək. Oğlan həmin günü qıza mektub yazdı ve məktuba öz şəklini qoydu...
Sabah oğlanın ilk işi məktubu göndərmek oldu. Her ikisi də mektubun çatmasını səbirsizliklə gözləyirdilər. Bir neçə gün sonra məktub qıza çatdıqda qızın çox xoşuna gəldi. Bir birilərini elə yaxşı tanımasalar da oğlanın ona olan inamını hiss etmişdi və qız da o deqiqə oğlana mektub yazıb, öz şəkli ile birlikdə oğlana göndərdi. Özləri bele hiss etmədən o gündən hər şey dəyişməyə başlamışdı. Oğlan isə səbirsizliklə qızdan məktub gözləyirdi, gözləri bütün günü poçtalyonu axtarırdı. Nəhayət ki, oğlan da məktubu aldı.Oğlanın qəlbi dayanmadan döyünürdü. Səssizcə məktubu açdı.Oğlan çox həyacanlandı, əlləri əsməyə başladı. Düşünürdü görəsən qarşısına necə bir insan çıxacaq ? Astaca zərfi açdı, bu məktubun onun üçün böyük əhəmiyyəti var idi.Qızın şəkli mektubun içində idi, amma şəklin üzü diger tərəfə olduğundan oğlan hele de şəkli görməmişdi. Qarşısına çıxacaq insanın gözəl və ya çirkin olmasının oğlan üçün heç bir əhəmiyyəti yox idi, çünki o qız sevgisi ilə onun qəlbinde onsuz da dünyanın ən gözəl qızı idi.Çevirdi,şəkilə baxdı və gözünü şəkildən çəkə bilmirdi.Doğurdan da qızın ürəyi kimi özü de gözəl idi. O anda oğlan o qədər həyəcanlandı ki, sanki qızla göz gözə gəlmişdi. Bununla da hər ikisi bir birilərinə daha da bağlanmağa başlamışdılar. Daha öncə heç vaxt özlərini belə hiss etməmişdilər, bir biriləri ilə daha çox danışmaq istəyirdilər, gecəler səhərə kimi saatlarla danışmaqdan doymurdular.Bir birilərini daha çox hiss etmək istəyirdilər. Nəhayət ki, oğlan nə olsa belə öz hisslərini qıza deməyi qərara almışdı və növbəti dəfə telefonla danışdıqları zaman oğlan qıza söylədi: Artıq aramızda çox şey dəyişib, mənə dost kimi baxmağın mənə əzab verir. Amma daha gizlətməyəcəm.Mən sənə aşiq olmuşam, istəsəm də istəməsəm də səni sevirəm... Bu sözlərden sonra hər ikisi də bir neçə dəqiqə susdular, hər ikisi də əsməyə başlamışdı.Qız da ona necə aşiq olduğunu başa düşmüşdü, amma bir birilərini görmədən necə aşiq olmuşdular ? Onlar görən gözləri ilə deyil, hiss edən qəlbləri ilə aşiq olmuşdular.Qız da oğlana aşiq olduğunu söylədi və hər ikisi də şokda idi, hər ikisi də titrəyirdi... Artıq çox xoşbəxt idilər... Bir birilərinə səni sevirəm deyə səslənirdilər....

Sevgi nə məsafə, nə məkan, nə də başqa bir şey dinləyir... Nə vaxt, hardan gələcəyi bəlli olmaz... Yetər ki, içimizdən o duyğunu, ümidləri və inamı itirməyək...

Категория: Sevgi | Просмотров: 1606 | Добавил: fun-club | Рейтинг: 5.0/3
Всего комментариев: 1
09.05.2008
1. Nizam (Nako) [Материал]
www.bakililar.my1.ru

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Категории раздела
Musiqi [68]
Avto-Moto [5]
Show-Biznes [3]
Diger [52]
Sevgi [10]
Oyunlar [7]
E-Book [93]
Eurovision [6]
Şəkillər [32]
Video [54]
Wallpaper [46]
Film [45]
Yumor{letifeler,sekiller} [3]
Mobil [38]
Avatar [0]
Programlar [2592]
Мини-чат
300
Статистика

Onlayn: 3
Guest: 3
User: 0
Форма входа
Поиск
Календарь
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031