Your IP-Adress 18.117.12.181. Your Browzer-
Приветствую Вас Гость | RSS


Главная » 2008 » Май » 9 » 9 may – Faşızm üzərində qələbə günü.
16:45
9 may – Faşızm üzərində qələbə günü.

kinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başladı. Növbəti illərdə müharibə daha geniş miqyas alaraq, demək olar ki, bütün ölkə və kontinentləri əhatə etməyə başladı.

2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə özü ilə zülm, 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetmişdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına qəsd eləmişdi.
Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya i Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Almaniya qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən “soyq müharibə”yə başladılar.
İkinci dünya müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran almanlar 6 milyon yəhudinin həyatına son qoydular.

XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətda bütün bəşəriyyəti təhlükə altına aldı.
Ikinci vətən müharıbəsi illərində azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycan oğlan və qızları cəbhəyə yollanırdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. 170 min azərbaycan əskər və zabitçilər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. Iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Buniyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar.
Respublika iqtisadiyyatınin cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənaeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına (arsenal) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənəemizi yanacaqla təmin edirdilər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin – dördü Bakı benzinilə işləyirdi. Ikinci dünya müharibəsi azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.

Tarixi Faktlar:

1937 7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.

1938 15 iyul-10 avqust

Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.

1939-cu il 23 avqust

Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.

1 sentyabr
Polşaya hücum olundu İkinci dünya müharibəsi başlandı.
3 sentyabr
İngiltərə və Fransa Almaniyaya müharibə elan elədilər.

5 sentyabr
ABŞ öz neytrallığını elan etdi.

17 sentyabr
Sovet qoşunları Polşaya daxil oldular.

27 sentyabr
Varşavanın kapitulyasiya olunması və almanların Polşaya yürüşünün başa çatması.

12 oktyabr
Almaniyadan Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı ulduz taxmağa başladılar.

8 noyabr
Münxendə uğursuz sui-qəsd.

30 noyabr
SSRİ Finlandiyaya müharibə elan edir.

1940
15 mart
Sovet-fin müharibəsi sona yetir.

9 aprel
Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.

10 aprel
Sovet qoşunları tərəfindən pribaltika respublikalarının tutulması.

22 iyun
Fransanın kapitulyasiyasına dair akt imzalandı.

13 avqust
Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.

23 sentyabr
İtaliya Şərqi Afrikaya yürüş etdi.

27 sentyabr
Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.

2 noyabr
ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.

20 noyabr
Macarıstan “Üçlüyə” daxil olur.

1941
1 mart
Almaniyan təzyiqi ilə Bolqariya da “Üçlüyə” daxil olur.

6 aprel
Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana soxulur.

9 aprel
Britaniya aviasiyası Berlini bombardman edir.

1iyun
İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.

16 iyun
ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.

22 iyun
Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burda onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.

12 iyul
Almaniya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.

11 sentyabr
Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.

30 sentyabr
Faşistlər Moskvaya hücuma başladılar.

5 dekabr
Sovet qoşunları Moskva ətrafındakı faşistlərə əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya Finlandiya, Macarıstan və Rumıniyaya müharibə elan etdi.

7 dekabr
Yaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.

11 dekabr
Çin Almaniya və İtaliyaya müharibə elan etdi.

20 dekabr
Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.

1942
1 yanvar

Vaşinqtonda 26 ölkə “Üçlüy”ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.

20 yanvar
Berlində “Vanzey konfransı”. Yüksək rütbəli faşist məmurları “yəhudi problemini kökündən həll etməy”ə dair müzakirələr apardılar.

18 aprel
ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.

24 aprel
Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.

13 sentyabr
Stalinqrad uğrunda döyüşlər başlandı.

2 dekabr
Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.

1943
Kasablankada Ruzvelt və Çerçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.

31 yanvar- 2 fevral
Stalinqrad döyüşü sona yetir.

19 Aprel 05 Varşavada 56 min yəhudi qətlə yetirilirdi
13 mart
Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.

5 iyul-23 avqust
Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.

10 iyun
Sovet qoşunları Sisiliyadadır. İtaliya padşahı Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.

24 iyul
İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.

25 iyul
Benito Mussolinin yaxalanması və tutulması. İtaliya hökmdarı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtaliyanın faşist diktaturasından azad olunması elan olunur.

13 oktyabr
İtaliya Almaniyaya müharibə elan etdi.

28 noyabr
İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.

26 dekabr
Ruzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.

1944
6 iyun
Sovet qoşunları Normandiyaya daxil olur. İkinci frontun açılması.

20 iyul
Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.

1 avqust
Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.

25 avqust
Rumıniya Almaniyaya müharibə elan edir.

19 sentyabr
SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.

21 oktyabr
Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.

31 dekabr
Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.

1945

27 yanvar
Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim fən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz milyondan çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.

4 fevral
Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.

13/14 fevral
Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.

2Mart
Amerika qoşunları Reynə gəlirlər.

10 mart
Tokyo aAmerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.

12 aprel
Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.

16 aprel
Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.

25 aprel
Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.

28 aprel
Benito Mussoliini partizanlar tərəfindən güllələnir.

30 aprel
Adolf Hitler intihar edir.

8 may
Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.

16 iyul
ABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.

17 iyul
Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.

6 avqust
ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.

8 avqust
SSRİ Yaponiyaya müharibə elan edir.

9 avqust
ABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.

14 avqust
Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.

2 sentyabr
Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.

14 noyabr
Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.

Qeyd: Fikirlərinizi Bildirin

Категория: Diger | Просмотров: 2214 | Добавил: fun-club | Рейтинг: 0.0/0
Всего комментариев: 1
10.05.2008
1. Nizam (Nako) [Материал]
...

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Категории раздела
Musiqi [68]
Avto-Moto [5]
Show-Biznes [3]
Diger [52]
Sevgi [10]
Oyunlar [7]
E-Book [93]
Eurovision [6]
Şəkillər [32]
Video [54]
Wallpaper [46]
Film [45]
Yumor{letifeler,sekiller} [3]
Mobil [38]
Avatar [0]
Programlar [2592]
Мини-чат
300
Статистика

Onlayn: 1
Guest: 1
User: 0
Форма входа
Поиск
Календарь
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031