Beləliklə, Belqradda keçirilən “Eurovision-2008” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatdı. Azərbaycanı təmsil edən Elnur və Samir mayın 24-də keçiriləcək müsabiqənin finalına çıxdılar. Qeyd edək ki, birinci yarımfinalda 19 iştirakçı çıxış etmişdi. Bunlar Çernoqoriya, İsrail, Estoniya, Moldova, San-Marino, Belçika, Azərbaycan, Sloveniya, Norveç, Polşa, İrlandiya, Andora, Bosniya və Herseqovina, Ermənistan, Niderland, Finlandiya, Rumıniya, Rusiya və Yunanıstan idi.
|